“Çelsi”dən yeni transfer
05.08.2023 , 13:28
“Çelsi” növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Brayton”dan Robert Sançesi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı qolkiperlə 7 illik müqavilə imzalanıb.
