“Çelsi”dən Poçettino qərarı
26.04.2024 , 17:22

“Çelsi” baş məşqçisi Maurisio Poçettino ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi komanda avrokuboklara çıxacağı təqdirdə argentinalı baş məşqçini postunda saxlayacaq.
Əgər bu baş vernəzsə, Poçettino istefaya göndəriləcək.
“Çelsi” Premyer Liqada 33 turdan sonra 47 xalla 9-cu pillədədir.
