“Çelsi”də yeni müqavilə
29.02.2024 , 16:20

“Çelsi”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, London klubu qapıçısı Lukas Berqströmlə yeni müqavilə imzalayıb.
Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Finlandiyalı qolkiperlə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb.
London təmsilçisi daha sonra onu 2025-ci il yanvarın 1-dək İsveç “Brommapoykarne”sinə icarəyə verib.
