“Çelsi”də baş məşqçi postuna 3 namizəd
23.05.2024 , 15:18

Poçettino ilə yollarını ayıran “Çelsi” yeni baş məşqçi axtarışlarını sürətləndirib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi bu vəzifəyə “Lester”in baş məşqçisi Enzo Mareskanı, “İpsviç Taun”undan Kieran McKennanı və “Brentford”un baş məşqçisi Tomas Frankı namizəd kimi müəyyənləşdirib.
Xəbərdə, əsas prioritetin Kieran McKenna və Enzo Mareska olduğu, Tomas Frankın isə üçüncü alternativ olaraq görüldüyü bildirilir.
“Çelsi”nin yaxın vaxtlarda yeni baş məşqçisini açıqlayacağı gözlənilir.
