“Çelsi” Poçettinonu göndərdi – Rəsmi
21.05.2024 , 22:58

“Çelsi” baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Poçettino 2023-cü ilin yayından “Çelsi”ni çalışdırırdı.
