“Çelsi”nin hücumçusu Dieqo Kosta cəzalanıb.
Klub rəhbərliyi təcrübəli forvardı 300 min avro dəyərində cərimələyib.
Buna səbəb Kostanın Braziliyadan vaxtında klubun düşərgəsinə qayıtmaması, hazırlığa gec qayıtmasıdır.
Qeyd edək ki, 28 yaşlı forvard geri döndükdən sonra fərdi şəkildə məşq edir.