Qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında final oyunu keçirilib. Korner.az-ın məlumatına görə, "Alyans Arena"da "Bavariya" "Çelsi" ilə üz-üzə gəlib.
İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında Münehn təmsilçisi rəqibi qapısına doğru sıxışdırmağı bacarıb. Müller sona 7 dəqiqə qalmış komandasını hesabda önə keçirdib. Lakin ruhdan düşməyən "zadəganlar" Droqba ilə 3 dəqiqə sonra qola cvab verib – 1:1
Əsas vaxt heç-heçə nəticələndiyindən komandalar daha yarım saat mübarizə aparmalı olub. Qarşılaşmanın 96-cı dəqiqəsində "Bavariya"nın hücumçusu Aryen Robben penalti zərbəsindən yararlana bilməyib. Hollandiyalı futbolçunun vurduğu topu "Çelsi"nin qapıçısı Peter Çex zərərsizləşdirib və əlavə vaxtda bu hesabla bitib.
Qalibi oyunsonrası penaltilər müəyyənləşdirib. Burada isə daha dəqiq oynayan Di Matteonun yetirmələri kuboku İngiltərəyə aparıb.
Komandaların start heyətləri bəllidir:Bavariya: Noyer, Lam, Boatenq, Timoşuk, Kontento, Toni Kroos, Şvanştayger, Müller, Riberi, Robben, Qomes
Çelsi: Çex, Eşli Kol, David Luiz, Kahill, Bosinqva, Bertrand, Lempard, Mikel, Xuan Mata, Kalu, Droqba
Çempionlar Liqası
Final
19 may
23:45. “BAVARİYA” (ALMANİYA) – “ÇELSİ” (İNGİLTƏRƏ) 1:1
Münhen. “Alyans Arena” stadionu
QOLLAR: Müller 83, Droqba 88
"Bavariya": + + + – –
"Çelsi": – + + + +
