Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, milli komandamızın üzvü Cavid İmamverdiyevin çıxış etdiyi “Elazığspor” doğma meydanda “Osmanlıspor”u qəbul edib.
Oyun “Elazığspor”un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavid oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Elazığ təmsilçisi 18 turdan sonra 23 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
