Cabarov “Yuventus”un oyununda
01.11.2019 , 13:29
FIFA referisi Rauf Cabarov beynəlxalq təyinat alıb.
Korner.az xəbər verir ki, Cabarov UEFA Gənclər Liqasında “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (Italiya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.
Qarşılaşma noyabrın 6-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək.