Cənubi Koreyada ilin ən yaxşı futbolçusu
02.01.2024 , 16:49

Cənubi Koreyada ilin ən yaxşı futbolçusu seçilib.
Korner.az xəbər verir ki, bu, “Bavariya”nın müdafiəçisi Kim Min Cedir.
Bu barədə Koreya Futbol Assosiasiyası məlumat yayıb.
27 yaşlı futbolçu səsvermədə “Tottenhem”in hücumçusu Son Hın Mini qabaqlayıb.
