Son günlərdə adı Avropanın bir çox nəhəng klubları ilə hallanan türkiyəli Burak Yılmaz karyerasına ölkəsində davam etmək istəmədiyini bildirib.
Korner.az-ın məlumatına görə, Superliqanın bombardiri bu gün "Trabzonspor" rəhbərliyi ilə görüşüb və futbol həyatına Avropada davam etmək istədiyini deyib.
Qeyd edək ki, Türkiyə millisinin üzvünün adı daha çox İtaliya "Latsio"su il hallanır.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)