Almaniya bundesliqasında növbəti mövsümünün təqvimi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, çempionata bu il avqustun 22-i start veriləcək, gələn il mayın 23-ü isə yekun vurulacaq.
Yeni mövsümün açılış oyununda son qalib “Bavariya” öz meydanında “Volfsburq”u qəbul edəcək. Birinci turun ən maraqlı qarşılaşmalarından biri “Borussiya” (Dortmund) ilə “Bayer” (Leverkuzen) arasında oynanılacaq.
İlk turda aşağıdakı oyunlar baş tutacaq:
22 avqust
“Bavariya” – “Volfsburq”
23 avqust
“Köln” – “Hamburq”
“Borussiya” (Dortmund) – “Bayer” (Leverkuzen)
Borussiya (Münhenqladbarx) – “Ştuttqart”
“Ayntraxt” (Frankfurt) – “Frayburq”
“Hannover” – “Şalke”
“Herta” – “Verder” (Bremen)
“Paderborn” – “Mainz”
“Hoffenhaym” – “Ausburq