Almaniya Bundesliqasında bu mövsüm ən çox pul qazanan klub "Bavariya" olub. Korner.az-ın məlumatına görə, Münhen təmsilçisinin 30 milyon 935 min avro gəliri olub. İkinci mövsüm ard-arda çempion olan Dortmund "Borussiya"sı 28 milyon 111 min avro ilə ikinci pillədə qərarlaşıb.
Bundesliqanın 18 klubu teleyayım gəlirindən 378 milyon avro qazanıb ki, həmin bu pulda klublar arasında bölünüb.
Bundesliqada qalmağı bacara bilməyən "Kayserslautern" və "Köln" müvafiq olaraq 14 milyon 996 min avro, 16 milyon 47 min avro qazanıbsa, ən az gəliri 14 milyon 983 min avro ilə "Herta" və 13 milyon 523 min avro ilə "Auqsburq" əldə edib.
