Bundesliqa klubundan yeni transfer
03.08.2020 , 16:06

Almaniyanın “Union Berlin” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Şalke”nin hücumçusu Sedrik Toyxerti transfer edib.
23 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Toyxert, 2018-ci ildən “Şalke”də çıxış edirdi.
