Buffon Van der Sarı geridə qoydu
12.12.2019 , 20:27

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Bayer”i məğlub edib – 2:0.
Korner.az xəbər verir ki, qarşılaşma Turin təmsilçisinin qapıçısı Canluici Buffon üçün əlamətdar olub.
Qolkiper Çempionlar Liqasında 51-ci “quru oyun”unu keçirib. O, bu göstəricidə “Mançester Yunayted”in sabiq qapıçısı Edvin Van der Sarı geridə qoyub.
Buffon “quru oyun” sayında İker Kasilyasdan geri qalır. İspan qapıçı ÇL-də 57 oyunda “çərçivə”ni toxunulmaz saxlayıb.
