İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon maraqlı açıqlamaları ilə diqqət çəkib. Korner.az-ın məlumatına görə, "qoca sinyora"nın qolkiperi çempionluq haqqında danışarkən, onlara yönələn təziyiqlərdən də danışıb:
"Yeni stadionumuzun açılışından bir gün sonra kimi gördümsə: "çempion olacayıq" dedim. Sonra milli komandanın məşqində "Milan"ın bəzi futbolçularınada bunu dedikdə mənə güldülər. Mən yaşıl meydanlarda 5 dəfə çempion oldum. Ancaq bunu CV-də üçə endirdilər. Məhz buna görə bu mövzüda tez-tez danışmaq istəmirəm".
