"Mançester Yunayted"in futbolçusu Ueyn Runinin ötən mövsüm akrobatik tullanışla "Mançester Siti"yə vurduğu qol İngiltərə Premyer Liqa tarixinin ən gözəl qolu seçilib.
Korner.az-ın məlumatına görə, 300 000 nəfərin iştirak etdiyi səsvermədə "qırmızı şeytanlar"ın forvardı 26 səslə birinci olub. İngiltərəlini 19 səslə "Arsenal"ın sabiq forvardı Berkamp izləyib. O, 2002 ci il mövsümündə "Nyukasl" komandasının qapısına vurduğu qolla bu ada layiq görülüb. Siyahıda üçüncü pillənin sahibi isə "Mançester Yunayted"ə 2000-ci ildə gözəl qol vuran "Arsenal" tarixinə adını qızıl hərflərlə yazdıran Tyeri Anri olub.
