Bu günün oyunları üçün VAR təyinatları
16.03.2023 , 14:37

Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək “Səbail” – “Turan Tovuz” və “Neftçi” – “Kəpəz” oyununun VAR təyinatları məlum olub.
Korner.az PFL-ə istinadən xəbər verir ki, Bayıldakəı görüşdə Cavid Cəlilov olacaq. Ona Eyyub İbrahimov kömək edəcək.
“Neftçi” – “Kəpəz” oyununda isə Tural Qurbanov əsas VAR hakimi, Cəmil Quliyev isə köməkçisi olacaq.
