Bu futbolçuya autizm diaqnozu qoyuldu
29.03.2023 , 12:56

İrlandiya millisinin futbolçusu Ceyms Makkleynə autizm diaqnozu qoyulub.
Korner.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
İngiltərənin “Uiqan” klubunda çıxış edən yarımmüdafiəçinin qızı Uillou-Ayvi də autizimdən əziyyət çəkir.
Makkleyn İrlandiya yığmasında 96 oyunda 11 qol vurub.
