Daşkənd şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində futzal üzrə Azərbaycan milli komandası bu gün Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Vitali Borisov fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında mayın 5-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə millimizin xeyrinə başa çatmışdı.
