"Komandam bu gün tarixinin ən pis oyununu oynadı".
Korner.az-ın-ın məlumatına görə, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Fuad İsmayılov deyib. Çalışdırıcı "Rəva"la oyunda qeydə alınan acı məğlubiyyəti komandası üçün qara ləkə adlandırıb: "Bu məğlubiyyət bizim üçün qara ləkədir. Çətin ki, yaddaşlardan silinsin”.
