Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” “Qəbələ”ni qəbul edir.
Korner.az-ın futbol11.az-a istinadən yaydığı xəbərə görə, “Əlincə Arena”da keçirilən qarşılaşmda bakılılar darmadağın olunur.
Belə ki, ilk 45 dəqiqədə “Qəbələ” rəqibinin qapısına 5 cavabsız top vurub. Bu isə matçı canlı izləyən “ağ-qaralar”ın Müşahidə Şurasının sədri Çingiz Abdullayevi özündən çıxarıb. O, ilk hissə haqda fikirlərini saytımızın əməkdaşı ilə bölüşüb:
“Bu, biabırçılıqdır. Mütləq bununla bağlı ciddi tədbirlər görüləcək”.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” görüşünda hazırda qonaq komanda 6:0 hesabı ilə qalib gəlir.
