big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Allah sənə rəhmət eləsin, “Neftçi” – AZARKEŞ YAZISI

10.09.2016 , 19:06

Elnur Məmmədov bilməz, amma "Neftçi"nin Müşahidə Şurasının qocamanları bilməmiş olmaz, SSRİ dövründə məşhur bir deyim var idi: "Neftçi"nin ölüsü də təhlükəlidir. Çalışdılar, vuruşdular və bu ifadəni də öldürdülər. İndi vəziyyət o həddə çatıb ki, İsgəndər Cavadovun təbirincə desək, "Ölkənin ən köklü klubu bir çox məsələlərdə dünənki "uşaqlardan" geri qalır", azarkeşlərini polisə şikayət edir, komandadan başını götürüb qaçmaq istəyənlərə maneələr yaradır, etiraz edən futbolçularını əvəzedici heyətə göndərir və s. İki mövsümdür davam edən uğursuzluğun fonunda tənqid hədəfi futbolçular yox, məhz idarəçilərdirsə, əlavə şərhə nə hacət? Biz onları yaxşı tanıyırıq axı… 

1. Elnur Məmmədov-icraçı direktor. Çox gözəl insan, mədəni, elmli, türk və ingilis dilli nurlu insan. İndi yəqin dərk edir ki, futbol təkcə "sky-box"-larda çay işini nizamlamaq, stadionlarda ot örtüyünə baxmaq, orda-burda şəkillər çəkdirib özünü reklam etdirmək deyil. Bu bir elmdir. Gərək "Neftçi"yə gələndə bu işin məsuliyyətini dərk edib, elə özünün təbirincə desək, "otkaz" gedərdi. Ki, pis bir icraçı kimi "Neftçi"nin tarixinə düşməsin. "Malesef kardeş"…

2. Zaur Qəhrəmanov, Müşahidə Şurasının üzvü, SOCAR-da mühüm postlardan birini tutan vəzifəli şəxsin oğlu. Zaur bəy, futbol elə bir sahədir ki, orada quyruğun qapı arasında qalanda heç "papa" da adama kömək edə bilmir. SOCAR TÜRKİYƏ-nin baş direktoru olub PETKİM-dən, PETLİM-dən danışa bilərsən, amma futbol… Burada baş çıxarmaq üçün gərək… FETÖ-çü ortaq "abilər" bunu öyrətməmişdi?

3. Səməd Qurbanov, "Neftçi"nin veteran futbolçusu, Müşahidə Şurasının üzvü. Hörmətli Qurbanov, Siz də görürsüz ki, futbol indi tam dəyişib. Müasir futbolda yanaşma tam fərqlidir. Axı bu, ötən əsrin 70-ci illərinin "Jiquli"si deyil. Bu gün bizə sovetin "Jiquli"si yox, almanın "Mercedes"i lazımdır, özü də yeni "C class". Siz də yəqin sonuncu dəfə futbolu polislərin komandasında oynamısınız.

4. Bəhram Bağırzadə, keçmiş KVN-çi, futbol azarkeşi, Müşahidə Şurasının üzvü. "Baxram" bəy, bəs "Neftçi"yə gələndə deyirdiz ki, stadiona azarkeşləri doldurmağın yolunu bilirsiz? Nə oldu? Bu iş "P and G"-nin reklamı deyil e. Futbolumuzun brendindən azarkeşləri küsdürmüsünüz. Futbola azarkeşlik etmək olar, amma klubda gərək mütəxəssislər çalışsın.

5. Fərhad Bədəlbəyli, pianoçu, Müşahidə Şurasının üzvü. Fərhad müəllim, Siz "Neftçi"yə gələndə elə bildik ki, kluba yaxşı bir himn yazdırdırıb ifa edəcəksiniz. Maestro, Siz futbol marşını yaxşı yaza, çala bilərsiniz, amma futbol idarəçiliyi, vallah, Sizlik deyil.

6. Cəbrayıl Cəbrayılov, SOCAR-ın baş mühasibi, Müşahidə Şurasının üzvü. Hörmətli Cəbrayıl müəllim, Sizə lazım idi bu? Futbol idarəçiliyini bilməyənlərdən maliyyə hesabatını necə tələb etmək olar axı? Kimi gəldi, hardan gəldi götürüblər komandaya. İndi qalmısınız belə. Fikirləşirsiniz ki, mənə lazım idi bu?

7. Vəli Qasımov, "Neftçi"nin baş məşqçisi. Vəli, sənin "Neftçi"də böyük "uğurlar"ın olub. Gərək dönməzdin yenidən bura. Gedenin vaxtında bir dəfə "Neftçi"ni yaman günə qoymuşdunuz da. İndi də ki, görürsən də, xəstəxanalıq oldun. Allah şəfanı versin!

8. Çingiz Abdullayev, Xalq yazıçısı, Müşahidə Şurasının sədri. Çingiz müəllim, "Neftçi"nin keçmiş uğurlarından danışmaq istəmirdiniz, bəyənmirdiniz Avroliqanın qrup mərhələsini. Çempionlar Liqasının qrup mərhələsindən, Bakı Olimpiya stadionunu doldurmaqdan dəm vururdunuz. Noldu bəs? Xalqın komandasını məhv etməkdən qorxmadınızmı, hörmətli Xalq yazıçısı?

9. Allah Sənə rəhmət eləsin Mübariz Zeynalov! Yaxşı ki, haqq dünyasına qovuşub "Neftçi"nin bugünkü vəziyyətini görmədin. Onsuz da "Neftçi"nin indiki vəziyyətinə dözməyib ölmək istəyənlərin sayı çoxdur. Allah səbir versin! 

SOCAR rəhbərliyinə də ki, nə deyək? Deyirlər, gec də olsa, bu məclisi-ünsü dağıtmaq barədə qərar veriblər. Amma gərək sona qədər bunu etsinlər. "Neftçi"ni yenidən naşılara deyil, mütəxəssislərə, uğurların açarlarını özləri ilə götürüb aparanlara tapşırsınlar.

Elxan

Son yazılar

To Top