"Qol imkanlarımız çox oldu. Qələbə bizə asan başa gəlmədi". Korner.az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin futbolçusu Bruno Alveş millimizlə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 3:0 qalib gəldikləri oyundan sonra deyib.
"Zenit"in müdafiəçisi millimiz üzərindəki qələbənin Portuqaliya seçməsində ruh yüksəkliyi yaratdığını bildirib:
"Biz özümüzü yaxşı tərəfdən göstərdik və sübut etdik ki, biz əsl futbol oynayırıq. Əsas məqsədimiz dünya çempionatına vəsiqə əldə etməkdir. Bu qələbə komandamızda ruh yüksəkliyi yaratdı”.
