Brozoviç rəsmən “Əl-Nəsr”də!
03.07.2023 , 20:39

“Əl-Nəsr” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “İnter”dən Marselo Brozoviçi transfer edib.
Onunla 2026-cı ilin yayına kimi müqavilə imzalanıb. Ərəblər bu keçid üçün 18 milyon avro ödəyib.
