“Brayton”da yeni müqavilə
15.05.2024 , 11:57

“Brayton”da yeni müqavilə qeydə
alınıb.
Korner.az xəbər verir ki, klub futbolçusu Ceyms Milnerlə sözləşməni yeniləyib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 1 illik uzadılıb.
Futbolçu bu mövsüm komandada ümumilikdə 20 oyunda iştirak edib və 2 qol ötürməsi verib.
