big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Böyükağa Hacıyev: “Qırğızıstanla oynamaqdansa…”

17.02.2015 , 10:10

Korner.az AFFA Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsini təqdim edir

– Böyükağa müəllim, Premyer Liqamızın oyunlarını izləyirsiz?

– Bəli, imkan olduqca hər bir oyuna baxmağa çalışıram. Onu deyə bilərəm ki, çempionatın səviyyəsi çox aşağı düşüb. Əvvəlki rəqabət yoxdur. Əgər 2-3 il bundan əvvəl 7 komanda çempionluq uğrunda yarışırdısa, indi cəmi 3 klub çempionluq üçün iddialıdır. Komandaların heyəti imkan vermir ki, iddialı olsunlar. Bəzi klublarda edilən məlum dəyişikliklər çempionata təsirsiz ötüşmədi. Sanki əvvəlki maraq da qalmayıb.

– Premyer Liqanın növbəti turunda maraqlı qarşılaşma izləyə bilərik. “Neftçi” “Qarabağ”ı qəbul edəcək…

– Hamı bu oyunu səbirsizliklə gözləyir. Hər ikisi çempionluğa iddialı komandadır. Yəqin ki, bu dəfə maraqlı oyunun şahidi olacağıq. Kim güclüdürsə, o da qalib gəlsin.

– Sizcə, kim güclüdür?

– Bu oyundan hər şey gözləmək olar. Məncə, bir-birinə uyğun, bərabərsəviyyəli komandalardı. Kimin güclü olacağını oyundan sonra demək olar.

– “Neftçi” və “İnter”in çempionluq uğrunda “Qarabağ”la mübarizəsi haqda nə deyə bilərsiz?

– Hələ çempionatda uzun bir marafon var. İndi xal itirmək olmaz. Çempionatın sonuna yaxın itirilən hər bir xal qızıldan baha olacaq. Bəli, bu gün əsas mübarizə qeyd etdiyiniz üç komanda arasında gedir. Ancaq gəlin, qarşıdakı oyunları gözləyək.

– Qış fasiləsindən sonra ən gözlənilməz nəticələr “Qəbələ”nin çıxışında qeydə alındı. Bu komandanın uğursuzluğunu nədə görürsünüz?

– İlk növbədə  tez-tez məşqçi dəyişikliyini qeyd etməliyəm. “Qəbələ”də bunun şahidi oluruq. Məşqçi dəyişikliyi mütləq öz sözünü deməlidir. Futbolçunun iki çətin məqamı olur. Birincisi baş məşqçi dəyişikliyidir. İkincisi isə futbolçu butsısını dəyişəndə bir həftə oynaya bilmir. Yeni baş məşqçi gələndə futbolçu bilmir ki, onun oyun fəlsəfəsi necədir, ondan nəyi istəyir. “Qəbələ” üçün hazırda yaxşı nəticə qazanmaq bir qədər çətindir.

– Milli komandamız Antalya toplanışı zamanı Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qarşılaşacaq. Sizcə, rəqibimiz münasibdir?

– “Şaxtyor” adlı-sanlı klubdur. Avropanın titullu komandalarındandır. Özbəkistan, Qırğızıstan və Tacikistan kimi millilərlə qarşılaşmaqdansa, belə güclü klubla qüvvəmizi sınamaq daha yaxşıdır. “Şaxtyor” adını çəkdiyim milli komandalardan çox güclüdür. Bildiyiniz kimi, “Şaxtyor” bu gün Çempionlar Liqasının 1/8 finalında “Bavariya” ilə qarşılaşacaq. Yəni millimizin rəqibi adi komanda deyil.

– Robert Prosineçki millimizin Antalya toplanışında iştirak edəcək futbolçuların siyahısını açıqalyıb. Tanışsız bu siyahıyla?

– Hazırda  siyahıya baxıram. Gənc futbolçulara dəvət göndərməsi yaxşı haldır. Prosineçki futbolçu seçimində toxunulmazıdr. Yəqin öz taktikasına uyğun futbolçular seçib. Millimizin Antalyadakı təlim-məşq toplanışından sonra Prosineçkinin işi barədə nəsə deyə bilərəm. Yoldaşlıq oyununda onun hansı oyun üslubuna malik olmasını görəcəyik. Mən də millimizin toplanışında iştirak edəcəm. Orada komandamızın hazırkı durumu ilə yaxından tanış olacam.

Son yazılar

To Top