«Mən bir daha rəqibimiz «İnter»in güclü komanda olduğunu bildirirəm. Taktiki gedişləri yaxşı olan bir klubdur».
Korner.az-ın məlumatına görə, bu sözləri «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Çalışdırıcı «İnter»lə kubokun yarımfinal oyunundan sonra keçirilən mətbuat konfransında "qızıl dubl" etmək istədiklərini bildirib:
«Rəqib «Neftçi»yə qarşı inamlı mübarizə apardı. İstəyirik ki, bu mövsüm «qızıl dubl» edək. Bu yolda komandama uğurlar arzulayıram» – deyə o qeyd edib.
Xatırladaq ki, ilk oyunda «İnter»lə bərabərə (0:0) qalan «Neftçi» bu gün «İnter»ə 1:0 hesabıyla qalib gələrək Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.