“Azərbaycanda gözəl oyun göstərən üç komanda var – “Neftçi”, “Qarabağ” və “İnter”." Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ" ilə oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Təyin edilən penaltilərin düzgün qərarlar olduğunu vurğulayan Hacıyev sözlərinə bu cür davam edib: "Çox yaxşı oyun oldu. Neçə vaxtdır susan Rəşad da kükrədi. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzu edirəm. Hər iki penalti düzgün verilmişdi”.