“Heç kimi bu məğlubiyyətə görə günahlandırmaq istəmirəm. Hamımız günahkarıq". Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev kubok oyunun finalında "Bakı"ya məğlubiyyətdən sonra deyib.
Çalışdırıcı Nasimovun yoxluğundan, Georgievskinin zəif oyunundan danışıb:
"Bu gün, biz demək olar ki, əvəzetməsiz oynadıq. Bahodir Nasimov zədəli olmasaydı, bilmək olmazdı oyunun nəticəsi necə olacaqdı. “Bakı” layiqli qələbə qazandı. Slavko Georgievski orta sahədə üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədi. Çempionlar Liqasına qədər heyət gücləndirməyə çalışacağıq”.