Bu gün Azərbaycan Premyer Liqasının V turu çərçivəsində daha 4 oyun keçirilib.
Korner.az xəbər verir ki, turun ən prinsipial oyunu Bakıda baş tutub. "Neftçi" əzəli rəqibi "Xəzər-Lənkəran" qarşısında məğlub duruma düşsə də, sonda gülən tərəf olub.
Şəfa stadionunda və Gəncədə meydan sahibləri minimal hesablı qələbəyə seviniblər. "Simurq"isə günün səfərdə qalib gələn yeganə komandası olub.
Turun qalan bir oyunu AZAL – "Qarabağ" görüşü sabah keçiriləcək.
15 avqust
17:00 “Neftçi” – “Xəzər Lənkəran” 2:1
Qol: Kanales, 17, Flavinyo, 73 // Tounkara, 8
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, İlham Əliyev, Fuad Həsənov
17:00 “Kəpəz” – “Qəbələ” 1:0
Qol: Bəxtiyar Soltanov, 44
Gəncə şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
18:00 “İnter” – “Sumqayıt” 1:0
Qol: Djako Arafat, 4
“Şəfa” stadionu
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Fərid Məmmədov
19:00 “Rəvan” – “Simurq” 0:2
Qol: Mario Bojiç, 71, Marçin Burxardt, 77
“Bayıl Arena” stadionu
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Ramiz Əsədov, Rəhim Həsənov
