“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun müşaviri Böyükağa Hacıyev superkubokun Naxçıvanda keçirilməsiylə bağlı fikirlərini bildirib.
Mütəxəssis Korner.az-a açıqlamasında bunları deyib:
“Oyunun Naxçıvanda keçirilməsini alqışlayıram. Düzgün qərardır. Özünüz Naxçıvan azarkeçlərinin futbolu necə sevdiyinin şahidi olacaqsınız. Hər iki komandanın azarkeşləri də buradadır. İnanıram ki, bizi gözəl oyun gözləyir”.
