“Borussiya”da yeni müqavilə
07.07.2023 , 17:43

“Borussiya” (Dortmund) futbolçusu Aleksander Mayerlə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı qolkiperin sözləşməsi 2025-ci ilin yayına qədər artırılıb.
Mayer ötən mövsüm 12 oyuna çıxıb.
