“Borussiya”da yeni müqavilə
12.04.2023 , 16:50

“Borussiya”da (Dortmund) yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub futbolçusu Yulian Brandtla müqavilənin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Onunla 2026-cı ilin iyununa qədər yeni sözləşmə imzalanıb. 26 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti mövsümün sonuna qədər idi.
