“Borussiya” PSJ-dən futbolçu gətirir
16.05.2024 , 15:31

“Borussiya” (Dortmund) yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Almaniya klubu PSJ-nin oyunçusu Randal Kolo-Muani ilə heyətini gücləndirmək fikrindədir.
Paris təmsilçisinin hücumçusu özü də Dortmund təmsilçisinə keçməkdə istəklidir.
Fransalı hücumçu PSJ-nin heyətində 39 oyun keçirib, 9 qol vurub və 6 asist edib.
