Almaniya Bundes Liqasının çempionu "Borussiya" (Dortmund) yaponiyalı futbolçusu Şinki Kaqavaya ay sonuna qədər düşünməyə vaxt verib. Korner.az-ın məlumatına görə, klub rəhbərliyi yaponiyalı futbolçunun müqaviləsini uzadıb-uzatmamağı barədə düşünməyə ay sonuna qədər vaxt qoyub. "Borussiya" rəhbərliyi 2013-cü ilə qədər müqaviləsi olan Kaqavanı 2016-cı il mövsümünə kimi klubda saxlamaq istəyir.
May ayında millimizlə qarşılaşacaq Yaponiyanın heyətində Kaqavanın əsas heyətdə oynamağı gözlənilir.
