“Bornmut”dan Enes Ünal qərarı
29.05.2024 , 22:53

“Bornmut” Enes Ünalla bağlı qərar verib.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu türk hücumçunun transfer hüququna yiələnib.
Bu barədə klubun yaydığı məlumatda bildirilib.
İngiltərə klubu 27 yaşlı oyunçu üçün “Xetafe”yə 16 milyon avro təzminat ödəyib.
Enes “Bornmut”la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
