“Bolonya”nın yeni baş məşqçisi rəsmən məlum oldu
06.06.2024 , 12:30

“Bolonya” klubunun yeni baş məşqçisi rəsmiləşib.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Vinçentso İtalyano çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, mütəxəssislə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
