“Bolonya” baş məşqçisini göndərdi – Rəsmi
23.05.2024 , 15:50

“Bolonya”da ayrılıq yaşanıb.
Korner.az xəbər verir ki, klub baş məşqçisi Tiaqo Motta ilə yollarını ayırıb.
Bu barədə A seriyası təmsilçisinin yaydığı məlumatda bildirilib.
41 yaşlı mütəxəsis “Bolonya” ilə müqaviləsini yeniləməyib.
Motta 2022-ci ilin sentyabrından “Bolonya”nı çalışdırırdı.
