Bölgə klubu üçün sevindirici xəbər
27.10.2023 , 10:26

“Kəpəz”in bir müddətdi zədəli olan futbolçusu Olavale Onanuqa məşqlərə başlayıb.
Korner.az-a verilən məlumata görə, nigeriyalı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə başlayıb. Onun “Tuean Tovuz”la matçda meydana çıxması sual altındadı.
Gəncə klubunun digər zədəlisi Şakir Seyidov isə fərdi məşqlər edir. Seyidovun isə qarşıdakı “Turab Tovuz”la oyunda meyeana çıxmayacağı dəqiqdi.
