Çinin Quançjou şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub.
Korner.az-ın məlumatına görə, mundialın son günündə – finalda Azərbaycan yığmasının üzvü Yelena Vıstropova (75 kq) ingiltərəli Savanna Marşallla qarşılaşıb.
Döyüşün 3 raundunda heç-heçə qeydə alınsa da (3:3, 6:6, 4:4), bu gün 21 yaşını qeyd edən rəqib ikinci raunddakı üstünlük (4:2) sayəsində 17:15 hesabı ilə qələbə qazanıb. Vıstropova isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, boksçumuz finala yüksəlməklə London-2012-yə lisenziyaya sahib olmuşdu.