Boks federasiyası Masallıda seminar keçirib
13.02.2023 , 17:30
Azərbaycan Boks Federasiyası (ABF) tərəfindən Masallıda cənub zonasının məşqçiləri üçün seminar keçirilib.
Korner.az xəbər verir ki, təlimlərə ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Məşqçilər Komitəsinin sədr müavini Əsgər Eyvazov rəhbərlik edib.
Seminar Masallı, Lənkəran, Biləsuvar, Astara və Cəlilabaddan olan mütəxəssislərin təkmilləşdirilməsi məqsədi daşıyıb.
