“Nəticədən razı qalmadım, qalib gəlməli idik. Oyunda üstün tərəf idik, rəqiblə müqayisədə çox qol imkanı yaratdıq. İkinci hissədə də eyni qaydada oynadıq, lakin ani diqqətsizlik qapımıza qolla nəticələndi”.
Korner.az-ın məlumatına görə, bu sözləri dünən Azərbaycan Premyer Liqasının III turu çərçivəsində səfərdə “Rəvan”la 1:1 oynayan “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.
Bandoviç komandasının oyunundan razı qaldığını da deyib: “Buna baxmayaraq, komanda sona kimi mübarizə aparıb hesabı bərabərləşdirə bildi.Əvvəlki oyunla müqayisədə daha yaxşı oynadığımızı düşünürəm, bu, hələ ki, çempionatın başlanğıcıdır. Qarşıda bizim çox oyunumuz var”.
