"Yaxşı mübarizə apardıq. İkinci qəlbəyə yaxın idik. Lakin rəqib müdafiədə dəqiq oynayaraq bu istəyimizə mane oldu".
Korner.az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Bojidar Bandoviç "Turan"la oyundan (1:1) sonra deyib. "Zolqalılar"ın çalışdırıcısı iki xalın itirilməsinə görə futbolçulara irad tutmayıb:
"Futbolçularıma iradım yoxdu. Bəzən ən yaxşı oyunda da qalib gəlmək çətin olur. Müdafiədən oynayan rəqibə qarşı oynamaq çətindir. Bu heç-heçəni məğlubiyyət kimi qəbul etmirəm. Səhv buraxmasına baxmayaraq qapıçımıza güvənməyə davam edəcəm. Rəqibin qol vurmaq istəyi yox idi".
