"AZAL çox təhlükəli hücum xəttinə malikdir".
Korner.az-ın məlumatına görə, "Bakı"nın baş məşqçisi Bojidar Bandoviç Premyer Liqanın XI turu çərçivəsində AZAL ilə keçirilən oyundan sonra bildirib.
“Ağır oyun olacağını bilirdik. AZAL-da güclü komanda ruhu var. Çox təhlükəli hücum xəttinə malikdir. Oyunda hesabı biz açdıq, ilk hissədə də bir neçə qol imkanı əldə etdik. Rəqib bizə pressinq tətbiq edərək hücum qurmağımızı çətinləşdirdi. İkinci hissədə də yaxşı oynadığımızı düşünürəm, lakin yaratdığımız qol imkanlarından faydalana bilmədik. Son ötürmələrdə daha soyuqqanlı olmaq lazımdır. Komandam oyunboyu yaxşı oynadı, lakin, bu, kifayət etmir. Artıq nəticə qaznanmaq lazımdır. Üç gün sonra daha bir çətin oyunumuz var, bütün fikrimizi bu oyuna yönəldəcəyik”.
