“Biz elə bu cür oyun gözləyirdik. “Rubin”in ikinci qolunda böyük səhv buraxdıq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin Avropa Liqasındakı rəqibi olan İtaliyanın "İnter" klubunun kapitanı Xaviyer Zanetti deyib. Argentinalı futbolçu bu cür futbol oynamalarını normal qəbul edir:
"Yaxşı ki sonlara yaxın məğlubiyyətdən qaça bildik. Komandamızın heyətində dəyişikliklər var, çox çalışmalıyıq və doğru yöndə çalışdığımızı bilirik. Mövsümün əvvəlidir , bizi qınamaq olmaz.”
