Birinci divizionda 9-cu tura yekun vuruldu
02.11.2018 , 18:20

Azərbaycan birinci divizionunda IX tura yekun vurulub
Turun ikinci günündə 3 qarşılaşma keçirilib.
Çempionatın lideri MOİK “Qarabağ-2” ilə səfər oyununda 3:1 hesablı qələbə qazanıb. “Neftçi-2” səfərdə “Ağsu”dan üstün olub – 2:1.
“Şüvəlan” – “Sabah-2” oyununda isə qapılara qol vurulmayıb.
2 noyabr
“Qarabağ-2” – MOİK – 1:3
Qollar: Rövlan Muradov, 30 – Raul Yaqubzadə, 39, Ümid Şükürlü, 54, 81
“Ağsu” – “Neftçi-2” – 1:2
Qollar: Nahid Zülfüqarov, 78 – Elnur Süleymanov, 38-p., Hüseyn Hüseynzadə, 72
“Şüvəlan” – “Sabah-2” – 0:0
Qeyd edək ki, turnir cədvəlinə 25 xalla MOİK başçılıq edir. “Neftçi-2” 20 xalla 2-ci, “Sumqayıt-2” isə 18 xalla 3-cüdür.
