Ötən gün fan-klub rəhbərləri arasında görüş keçirilib. Korner.az-ın məlumatına görə, "UltrAslan-Azərbaycan"ın rəhbəri Ceyhun Əzizlinin təşkil etdiyi tədbir elə fan-klubun ofisində baş tutub.
Görüşdə “UltrAslan-Azərbaycan”, “UltraNeftçi”, “Flaqman”, “İnter”, “Fırtına”, “Sektor 11″, “Qarabağ”, “Neftçi” 1937″ fan-klublarının nümayəndələri və jurnalistlər iştirak edib. Tədbirin keçirilməsində məqsəd Avrokuboklarda iştirak edəcək komandalarımızın dəstəklənməsi olub.
