AVRO-2012-də C qrupunda mübarizə aparan, İspaniyaya məğlub olaraq turnirlə vidalaşan Xorvatiya seçməsinin baş məşqçisi Slevan Biliç mətbuata açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, 1/4 finala yüksəlmək üçün əllərindən gələni etdiklərini bildirən çalışdırıcı bunları deyib:
"Futbolçularımı təbrik etmək istəyirəm. Qəhrəman kimi oynadılar.Təəssüflər olsun məğlub olduq. Yaxşı müdafiə olunduq, bir çox epizot qazandıq. Lakin heç birindən istifadə edə bilmədik. Oyunda ən real vəziyyət bizdə oldu. Onu dəyərləndirsəydik növbəti tura çıxacaqdıq. Hər şeyi yoxladıq pressinq tədbiq etdik, rəqibi əks hücumlarda yaxaladıq olmadı ki, olmadı".
Qeyd edək ki, xorvatlar C qrupunu 4 xalla 3-cü bitirdilər.
