big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bıdıxana”

31.05.2012 , 07:35

Yadınızdadı da, Bıdının gözlərinə gah gün düşürdü, gah qələmi yazmırdı, gah da ki… Bir sözlə, milli klassik kinomuzun incisində canlanan obraz artıq neçə onilliklərdir ki, tənbəlliyin, səriştəsizliyin, hər bir qüsuruna don geyindirmək bacarığının rəmzinə çevrilib. Azərbaycan futboluna nəzər salanda da belə təsəvvür yaranır ki, "bıdıları" inkubatora doldurub fasiləsiz çoxaldıblar və Azərbaycan futbolu dönüb olub əsl "bıdıxana". İndi keçək söhbətimizin məğzinə…
Azərbaycan növbəti "fövqəlbəşər uğura" imza atdı. Zarafat deyil e, 90 dəqiqə binəvalar ora-bura qaçdılar, cəhd etdilər, zərbələri dirəyə tuş gəldi, Kamranla təkbətək qaldılar və… Əhsən! Əhsən Foqtsa və onun komandasına! İnanılmazdı, amma saatyarım ərzində qapımıza qol vura bilmədilər. Di, partlayın! Di, çatlayın! Ba-car-ma-dı-nız!!! Qol vura bilmədilər bizə, vəssalam. Biz isə bunu bacardıq, qol buraxmadıq! Bilirəm, futbolumuzun kosmik sürətlə irəliləməsini gözü götürməyənlər, paxıllığını çəkənlər, ağzıgöyçəklər dərhal rəzil "bıdılar" tək bəhanə aramağa başlayacaqlar. Məsələn, bizə irad tuta bilərlər ki, bu Andorra deyilən imperiyanı dünyanın siyasi xəritəsində tapın. Aha… Biz buna hazır olmalıyıq. Bəli, bilirəm ki, bir çoxu üçün bu qəliz məsələyə çevriləcək. Amma sevimli komandamız, sevimli futbolumuz üçün bu çətinliyə qatlaşmasaq, daha nə oldu? Odur ki, gəlin hazırlaşaq. Mən də sizə yardımçı olum. Açın Avropanın siyasi xəritəsini. Açdınız? Tələsməyin, dərhal Andorranı axtarmağa başlasanız üzülərsiniz. Əvvəlcə sol tərəfə nəzər salın. İspaniyanı tapdınız? Bəs Fransanı? Əla! İndi də Fransa-İspaniya sərhədində balaca, laaaap balaca bir nöqtəni aramağa başlayın. Bilirəm, bu iş bir qədər vaxt aparacaq. Amma sevimli, sürətlə inkişaf edən futbolumuz üçün vaxtınızı, gözünüzün nurunu əsirgəməyin. Hə, bir məsələni də deyim. Ola bilər, bəziləri "Andorra" adlı məmləkətin mövcudluğu haqqında heç eşitməyiblər də. Qabaqcadan bildirim ki, sizinlə heç kim məzələnmir. Belə bir ölkə, həqiqətən, var.
Bizim uğurları gözü götürməyənlər həmçinin deyə bilərlər ki, Andorra FİFA-nın reytinq cədvəlinin dibindədir. Aha. Cavabımız belə olsun: "Bu heç nə həll etmir. Məgər onlar meydanda 5 nəfər idilər ki, bizimkilər qalib gəlsinlər? Ya Foqtsun komandası meydançaya çoxluqda çıxmışdı? Bəlkə hərəsinin 4 ayağı, 2 başı var idi, hə? Onlar da bizim kimi adamdılar da. Müharibə-zad eləmirdik ki, bütün el getməli idi üzərlərinə?". Bax, bu dəlillərini də belə zərərsizləşdirək. Ola bilər, yenə nəsə fikirləşsinlər. Amma biz də təslim olmayaq. Bəhanədən çox bəhanə var. Biz axı birlikdə olanda güclüyük! Sarsılmaz futbolçularımız meydanda, biz də rahat kürsülərdə. Əhsən bu vəhdətə!

P.S. "Bir qalanın sirri" filmində Bıdı sonda islah oldu. Amma bizim "bıdıların" islahına heç ümid yoxdu. Bilirsiniz niyə? Çünki o Bıdının yanında rejissorun fantaziyası nəticəsində bir Hadı var idi. Bizim futbolumuzda isə "sploşnoy" "bıdılardı"…

Son yazılar

To Top